ABŞ-nin Pembrok yaşayış məntəqəsi ərazisindən keçən avtomagistralda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər həlak olub, azı 30 nəfər isə xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Bildirilib ki, Niaqara şəlaləsinə ekskursiyadan Nyu-Yorka qayıdan turist avtobusu idarəetməni itirib, çuxura düşüb və aşıb.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə hospitallara yerləşdiriliblər.
Bir çox sərnişinin təhlükəsizlik kəmərini taxmadığı qeyd edilir.
ABŞ-nin Nyu-York ştatında turist avtobusu aşıb.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, azı biri uşaq olmaqla, bir neçə nəfər ölüb.
Turistlər Niaqara şəlaləsini ziyarət etdikdən sonra Nyu-Yorka qayıdırmışlar.
50 sərnişini olan avtobus magistral yolda yüksək sürətlə hərəkət edərkən sürücü naməlum səbəbdən idarəetməni itirib. Nəticədə avtobus çuxura düşərək aşıb.
Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.