ABŞ-nin Aydaho ştatının Tvinn-Fols şəhərində baş verən atışma nəticəsində üç nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, atəş açan şəxsin həlak olanlar arasında olub-olmadığı hələlik məlum deyil.
İnsident yerli vaxtla saat 15 radələrində (Bakı vaxtı ilə avqustun 2-i saat 01:00-da - red.) "In-N-Out Burger" restoranının yaxınlığında baş verib. Hadisə yerində polis əməkdaşları araşdırma aparırlar.
Qaynar xətt:
(055) 224 12 12