ABŞ-nin Texas ştatının Kerrolton şəhərində yerləşən ticarət mərkəzində və bir yaşayış evində atışma baş verib. Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Oxu.Az bu barədə ABC telekanalına istinadən xəbər verir.
Məlumata görə, polis atəş açan şəxsi saxlayıb və onun 69 yaşlı kişi olduğu məlum olub.
Müəyyən edilib ki, o, əvvəlcə Koreya ticarət mərkəzində keçirilən işgüzar görüşdə atəş açıb və nəticədə bir nəfər həyatını itirib, üç nəfər xəsarət alıb. Daha sonra o, cinayət yerinin yaxınlığında yerləşən yaşayış evinə gedib və orada mənzildə daha bir şəxsi güllələyərək öldürüb.
Atışmanın səbəbi kimi saxlanılan şəxsin hadisə qurbanları ilə aralarındakı maliyyə mübahisələri göstərilir.