ABŞ-nin Texas ştatının Dallas şəhərində minik avtomobili estakadadan çıxaraq aşıb. Nəticədə sürücü həyatını itirib.
Oxu.Az-ın xəbərinə görə, hadisənin videosu yerli KİV-lər tərəfindən yayımlanıb.
Məlumata görə, nəqliyyat vasitəsi sıx nəqliyyat axını şərtlərində yol ötürücüsü üzrə hərəkət edirmiş.
Ehtimal edilir ki, başqa avtomobillə toqquşduqdan sonra sürücü idarəetməni itirib. Bu isə avtomobilin sürüşməsinə və daha sonra yol xəttindən kənara çıxmasına səbəb olub. Avtomobil təxminən 30 metr yüksəklikdən aşıb ki, bu da 10 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
Hadisə yerindən çəkilmiş görüntülərdə nəqliyyat vasitəsi aşağıdakı yolda tərs çevrilmiş vəziyyətdə əks olunub.
Fövqəladə xidmətlərdən alınan dəqiqləşmiş məlumata görə, sükan arxasındakı sürücü aldığı xəsarətlərdən ölüb.