Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də ermənipərəst namizəd prezidentlik yarışından çəkildi
ABŞ-də iş adamı, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami prezidentlik yarışından çəkildiyini açıqlayıb.
O, bu barədə Ayova ştatında tərəfdarları qarşısındakı çıxışı zamanı bəyan edib.
“Biz prezidentlik kampaniyasını dayandırırıq”, - deyə Vivek Ramasvami bildirib.
Ramasvami, həmçinin, 2024-cü il prezident seçkisində ABŞ-nin keçmiş prezidenti Donald Trampı dəstəklədiyini qeyd edib.
“O (Tramp) mənim tam dəstəyimi alacaq”, - deyə iş adamı əlavə edib.
Xatırladaq ki, daha əvvəl məşhur “Newsweek” nəşrində dərc olunan yazıda Vivek Ramasvaminin Donald Trampın xeyrinə seçki yarışından çıxa biləcəyi bildirilib. Həmçinin, Donald Trampın Ağ Evə qayıtması halında Ramasvaminin vitse-prezident olmaq niyyəti ilə bağlı da vurğulanıb.
Qeyd edək ki, bu şəxs erməni lobbisinə yaxınlığı və keçmiş Qarabağ separatçılarının müdafiəçisi kimi tanınır.
Mənbə: TASS
Rəylər