Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənilər ABŞ-dəki lobbilərinə qarşı: Diaspora nifrət pik həddədir - ŞƏRH + FOTO
Məşhur politoloq, keçmiş dövlət xadimi Zbiqnev Bjezinskinin Birləşmiş Ştatların “ən effektiv etnik lobbisi” adlandırdığı erməni diasporu qürubunu yaşayır. Erməni xalqının ən böyük problemi olan diaspora qarşı nifrət pik həddədir. İş o yerə çatıb ki, onu erməni xalqının üzləşdiyi səfalətin, bədbəxtliklərin səbəbkarı kimi nəzərdən keçirirlər. Azərbaycanın Qarabağ zəfəri, separatizmə son qoyması bu nifrət hissini daha da artırıb. Lobbinin uzun illərdir ümid yeri kimi gördüyü, arxasında durduğuna əmin olduğu ABŞ, Fransa və digər dövlətlərin də ona kömək etməməsi ümidsizlik, pessimizm yaradıb. Erməni mediası, cəmiyyəti də bunu açıq şəkildə etiraf edir, lobbinin təşəbbüslərinin alt-üst olmasını xüsusi qabardır.
Erməni nəşrlər nifrətin səbəblərini açıq şəkildə ortaya qoyurlar. Ən əsası - dünya erməniliyinin əsas özəyi, lobbiçilik fəaliyyəti sərt formada aşağılanır. “Qolos Armenii” nəşri bu sıradadır. Erməni lobbisini elə erməninin dili ilə bu qədər aşağılayan, təhqir edən olmamışdı. Halbuki, məhz lobbi kilsə ilə yanaşı, erməniliyin təməl prinsipini təşkil edib. İndi isə bu təməlin əsl mahiyyəti tənqid, hətta təhqir olunur.
Erməni mediasında artıq ABŞ-dəki erməniləri növbəti uğursuzluqların gözlədiyi əsas xətt kimi keçir. ABŞ-yə olan ümidlərin qarşıdakı seçkidə də puç olacağı vurğulanır. Şokedici fakt ondan ibarətdir ki, onilliklər ərzində ABŞ erməniliyinin yalançı soyqırımının tanınması istiqamətində fəaliyyəti “Sizif əməyi” kimi qələmə verilib. Vurğulanır ki, hər prezident seçkisində namizəd olan şəxslər bu məsələni qalib olacaqları təqdirdə tanıyacaqlarını bildirsələr də, sonra bu vədlərinin üstündə durmayıblar. Proses də uzun illər davam edib. Ağ Evin hər seçilən yeni sahibi verdiyi vədləri dərhal unudur, dövlət maraqlarını hər şeydən üstün tutduğunu əsas gətirməklə onların ümidlərini puç edirdilər. Bu ənənə də hər dörd ildən bir təkrarlanır. Cozef Bayden prezident seçiləndən sonra bu məsələyə nöqtə qoysa da, erməni icması tam hədəfinə çatmadı.
Qarabağın işğaldan azadlığı uğrunda müharibə başlayanda erməni lobbisi ümid edirdi ki, Vaşinqtonun yeni rəhbərliyi ənənəsini davam etdirəcək, yəni onlara dəstək verəcək. Erməni nəşri də buna toxunur və təəssüf hissi ilə onlardan yenə də istifadə olunduğunu qabardır - qondarma soyqırımı tanındı, əvəzində isə işğala son qoyulması əməliyyatına güclü reaksiya göstərilmədi. Nəşr iddia edib ki, kiçik, azsaylı millətin növbəti “faciəsi” baş verdi, hər dörd ildən bir erməni lobbisi ABŞ siyasi isteblişmentinin hakimiyyət uğrunda didişməsində alver obyektinə çevrilir. Çox asanlıqla verilən vədlərin yaddan çıxarıldığı, ermənilərin istifadə olunan vasitə kimi bir kənara atıldığı vurğulanır. Hətta nəşr çox kobud çıxsa da, erməni lobbisini istifadə olunub zibil qutusuna atılan salfetə bənzədib.
Qeyd edilir ki, lobbi ilə yanaşı, erməniliyin əsasını kilsə təşkil edib. Məhz kilsə lobbi ilə yanaşı, erməni bədbəxtliyinin, çirkin təbliğatın, düşmənçiliyin yayılmasının mərkəzi olub. Kilsələr xalqlar arasında sülh və əmin-amanlığı təbliğ etməli olduğu halda, müharibə, separatizmi yayan mərkəz rolunu oynayıblar. Bu səbəbdən də ABŞ-yə səfər edən erməni patriarx narahatlığını bölüşüb, erməni lobbisinə rəhbərlik edən şəxslərin dəyişməsinin zəruriliyini vurğulayıb.
Nəşr xatırladır ki, ABŞ-də erməni lobbisinin əsas təbliğat vasitəsi - “Ay Data”nın noyabrın 17-də keçirilən iclasına qatılan prezidentliyə respublikaçı namizədlər yenə şirnikləndirici vədlərlə çıxış ediblər. Ermənistan rəhbərləri - prezident və parlamentin spikeri Qarabağ məsələsinin həll edildiyini bildirdikləri halda, ABŞ seçkilərində üç namizəd ermənilərin hüquqlarını müdafiə edəcəklərini vurğulayıb. Hətta qalib olacaqları təqdirdə Vaşinqtonun Azərbaycana qarşı “həddən artıq tolerant siyasətinə” yenidən baxacaqlarını iddia ediblər. “Qolos Armenii” erməni lobbisinə sadəlövh olmamağa, deyilənlərə diqqət yetirməməyə çağırış edib. Məsələn, respublikaçı namizəd Ron Desantis ABŞ-nin xristian erməniləri dəstəkləməli olduğunu, digər namizəd Nikki Heyli Azərbaycana təsir göstərilməsini, bir başqası, hind mənşəli Vivek Ramasvani isə Qarabağdan könüllü çıxan ermənilərlə bağlı “çirkin plan”dan bəhs edib.
Daha sonra maraqlı bir məsələyə toxunulur. Vurğulanır ki, seçki prosesinə bir azdan Donald Tramp da qoşulacaq və o da çox güman ki, ermənilərə simpatiyasını çatdıracaq, partiyaya daha çox hayın səs verməsinə çalışacaq. Ola bilsin, bu dəfə bunu daha populist və ekstravaqant formada edəcək. Eyni addımı demokratlardan da gözləmək olar. Onlar da 2024-cü ildə keçiriləcək prezident seçkisində vahid namizədi müəyyən etmək üçün mübarizəyə start veriblər.
Maraqlıdır ki, Ermənistan nəşri uzun illərdir erməni lobbisinin maraqlarından çıxış edən senatorlar Bob Menendesin fəaliyyətinə toxunmayıb. Halbuki, bu şəxs də bu siyahıda olmalı idi. Sirr deyil ki, erməni lobbisindən yemlənən bu və digər qanunvericiləri bir dəyər birləşdirir - pul. Bu da kəsiləndən sonra isə “erməni sevgisi” unudulacaq. Qeyd edək ki, hazırkı dövrdə erməni diasporunun ən fəal olduğu ölkələrdən biri ABŞ-də təxminən bir milyon, Fransada isə 750 minə yaxın erməni yaşayır.
Beləliklə, ilk dəfədir erməni lobbisinə, onun mahiyyətinə elə ermənilərin özləri tərəfindən obyektiv sayıla biləcək qiymət verilir. Erməni diasporunun nəyə layiq olduğu, istifadə olunma mahiyyətinə toxunulur. İlk dəfə açıq formada sadə erməni insanının ürəyindən keçənlər açıq və bütün çılpaqlığı ilə ortaya qoyulub. Bundan hansı nəticələrin çıxarılacağını isə zaman göstərəcək.
“Report” İnformasiya Agentliyi
"Cozef Bayden" teqi üzrə xəbərlər
- Baydenin prezidentlik müddətində kimlərin diktəsi ilə oturub-durduğu məlum olub
- Bayden Trampın "mirasını" satır: Sərhəd divarının hissələri hərraca çıxarılacaq
- Tramp Baydeni oğurluqda ittiham edib
- ABŞ nəşri yazdı: Baydenə qarşı ittiham irəli sürüləcək?
- Qanunun aliliyi Co Baydenin oğluna şamil olunmur?