Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tramp Baydeni oğurluqda ittiham edib
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya göndərilən Amerika vergi ödəyicilərinin vəsaitlərini mənimsəməkdə günahlandırıb.
Oxu.Az-ın məlumatına görə, respublikaçı bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp sosial şəbəkədəki səhifəsində "baydenomika" adlanan Baydenin iqtisadi kursunun işləmə mexanizmini özündə əks etdirəm şəkil paylaşıb.
Respublikaçı bildirib ki, "baydenomika" belə işləyir: amerikalılar vergi ödəyirlər, Bayden onları Ukraynaya göndərir, ukraynalılar bu vəsaitləri Baydenin oğlu Hanter Baydenə ötürürlər, o isə bu pulları atasına qaytarır. Bunun ardınca isə Bayden oğlunu əfv edir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampı Bakı qarşısında çətin vəziyyətdə qoyan sənəd imzalandı - BAKU AKTUAL
- Milyarderlər birləşirlər: Dünyaca məşhur bloqer "MrBeast" "TikTok"u xilas etmək qərarına gəlib
- KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"
- İlon Maska Ağ Ev kompleksində şəxsi ofis veriləcək
- Direktor: "ABŞ və Ermənistanın imzalayacağı sənədin icrasının hansı səviyyədə olacağı sual doğurur"