Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
Maqdeburq hücumçusu bir il əvvəl sosial şəbəkələrdə 20 təsadüfi almanı öldürmək planları haqqında yazıb. Bunu görən istifadəçilərdən biri Berlin polisinə məlumat verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Svejesti" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, Talib əl-Əbdülmöhsinin "Twitter"dəki hədələri ABŞ-nin Nyu-Cersi ştatından olan amerikalının diqqətini çəkib. Buna görə o, 2023-cü ilin sentyabrında Berlin polisinə vəziyyətin ətraflı təsviri ilə elektron məktub göndərib, Talibin adını, doğum tarixini və Maqdeburqda ehtimal olunan yaşayış yerini göstərib.
Nyu-Cersi ştatının sakini həmçinin polislə münaqişəyə görə Almaniya hökumətinə qəzəbli olan Talibi sakitləşdirməyə çalışıb və okeanın o tayında olduğu üçün heç nə edə bilməməyindən çox narahat olub.
Qeyd olunur ki, 15 ay əvvəl edilən bu xəbərdarlığın Almaniyanın hüquq-mühafizə orqanlarına çatıb-çatmadığı hələ də aydın deyil.
Bundan əlavə, "Spiegel" xəbər verir ki, Səudiyyə Ərəbistanı Almaniya hökumətinə Maqdeburq terrorçusu ilə bağlı üç xəbərdarlıq göndərib, lakin bunlar nəzərə alınmayıb.
Maqdeburqda Milad bazarına hücumda ölənlərin sayı artıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bild" xəbər verib.
Bildirilir ki, yaralılardan daha biri həyatını itirib, beləliklə ölənlərin sayı beş nəfərə çatıb.
Qeyd edək ki, hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün saxlanılıb. O, Maqdeburqdan 45 kilometr məsafədə yerləşən Bernburq şəhərində xəstəxanada psixiatr və psixoterapevt kimi işləyib. Şübhəlinin mənzilində axtarış aparılıb.
Polisin məlumatına görə, hücum edənin əlbiri yoxdur.
Maqdeburqdakı (Almaniya) Milad bazarına hücumda dörd nəfər həlak olub.
Oxu.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.
Bildirilir ki, ümumilikdə 200-dən çox insan xəsarət alıb.
Yaralılardan 41-nin vəziyyəti ağırdır. 86 nəfər isə ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Qalan 78 nəfər isə yüngül xəsarət alıb.
Almaniyanın Maqdeburq şəhərində terror aktında şübhəli bilinən şəxs terrorizm və insan alveri ittihamı ilə Səudiyyə Ərəbistanı hakimiyyətindən gizlənirmiş.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, şübhəli Taleb əl-Əbdülmöhsün 2006-cı ildə Almaniyaya yollanaraq ölkədən siyasi sığınacaq istəyib. Səudiyyə Ərəbistanında o, terrorizm və Aİ-də insan alveri ilə bağlı ittihamlarla axtarışda olub. Müəlliflər iddia edirlər ki, Almaniya onun ekstradisiyasından imtina edib.
Jurnalistlər şübhəli şəxsin "X" sosial şəbəkəsində bloq apardığına diqqət çəkiblər. O, orada anti-islam mövqeyi ifadə edərək Səudiyyə Ərəbistanını müxtəlif cinayətlərdə ittiham edib.
Bundan başqa, Əbdülmöhsün Almaniya hökumətini tənqid edib. Onun sözlərinə görə, Berlin "Aİ-nin islamlaşmasına" görə məsuliyyət daşıyır.
Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında terror törədən şəxsin saxlanıldığı anın görüntüləri yayımlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.
Almaniyanın Maqdeburq şəhərində naməlum şəxslərin idarə etdiyi iki avtomobilin Milad yarmarkasında insanları vurması nəticəsində yaralananların sayı 80-ə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, BMW markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.
Almaniyanın Saksoniya-Anhalt federal torpağının paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb. Almaniya mətbuatının yazdığına görə, şübhəlilərdən biri saxlanılıb.
Saksoniya-Anhalt hökuməti hadisəni terror aktı qiymətləndirib.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı