Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Toy evində kütləvi DAVA ilə bağlı araşdırmalar başlayıb
"Ucarın Bağman kəndində dekabrın 20-si, gecə saatlarında "ciyər axşamı"nda əlbəyaxa davada iştirak edən tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib".
Bu barədə məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.
Qeyd olunub ki, faktla bağlı Ucar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Əzizə İsmayılova
Ucarda dekabrın 20-si gecə saatlarında kütləvi dava olub. Rayonun Bağman kəndində keçirilən "ciyər axşamı"nda bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.
Bu zaman dörd nəfər 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Döyülən Ə.Səlimovun sözlərinə görə, toy məclisindən çıxanda oğlunun vurulduğunu görüb: "Onlar içkili idilər. Yəqin özlərini göstərirdilər. Düşmənçiliyimiz də olmayıb. Burnumu sındırıblar, gözümün altını qaraldıblar. Oğlumun da burnuna yumruqla vurublar".
Ətraflı Baku TV-nin süjetində:
Rəylər