Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Qeyd olunub ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab və Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər