Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Premyer Liqa: "Qarabağ" ilin sonuncu oyununda "Araz-Naxçıvan"la üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, 18-ci tura iki qarşılaşma ilə yekun vurulacaq.
İlk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi 14 xalla 8-ci, qonaqlar 26 xalla 5-ci pillədə qərarlaşıb.
Tura "Qarabağ" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Lider "Qarabağ"ın 44, ikinci sıradakı Naxçıvan klubunun 39 xalı var.
Misli Premyer Liqası
II dövrə, 18-ci tur
22 dekabr
14:00. "Şamaxı" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu
16:30. "Qarabağ" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, 18-ci turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.
"Sabah FK" teqi üzrə xəbərlər
- Murad Musayev sabiq klubu "Sabah"ı ziyarət edib
- "Turan Tovuz" klubunun ayağı sınan futbolçusunun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub
- Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar
- AFFA İntizam Komitəsi Rəşad Sadiqovu cəzalandırıb
- Azərbaycan Kuboku oyununda ayağı sınan futbolçu müalicəsini ev şəraitində davam etdirəcək
Rəylər