ABŞ-də gənc cütlük ikiaylıq körpəni altı şüşə pivə qarşılığında tanımadığı şəxsə satmağa çalışıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" yazır.
Mətbuatda yayılan məlumata görə, 21 yaşlı Darien Urban və 20 yaşlı Şeylin Elers altı şüşə pivə qarşılığında onlardan uşaq almağı təklif ediblər, lakin uşağın təhlükədə olduğunu anlayan kişi cütlüyə min dollar təklif edib.
Cütlük hətta "müqavilə"yə də imza ataraq uşağa olan hüquqlarından imtina ediblər.
Daha sonra şahidlər polisə müraciət ediblər, Urban və Elers saxlanılıblar.
Ehtiyatsızlıq göstərən valideynlər azyaşlının rifahını təhlükə altına atmaqda ittiham olunurlar və onları həbs cəzası gözləyir.
Sonradan məlum olub ki, valideynlər həmin gün başqa bir cütlüyə bir şüşə pivə qarşılığında körpələrini bir gecəlik götürməyi təklif ediblər.
Rəylər