Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də hücumların arxasında Trampa qarşı əməliyyat var? - YENİ DETALLAR
ABŞ yeni ilə hücum aktları ilə daxil olub. Belə ki, keçmiş hərbçi Şəmsuddin Cabbar Nyu-Orleanda avtomobilini insanların üzərinə sürüb, Metyu Livelsberger adlı hərbçi isə Las-Veqasda Trampın hotelinin yaxınlığında "Tesla Cybertruck"ı partladıb. Hər iki hadisə ilə bağlı yeni detallar bəlli olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın süjetində bildirilir.
Qeyd edilir ki, Federal Təhqiqat Bürosu Nyu-Orleanda 14 nəfərin ölümü ilə nəticələnən hücumu həyata keçirən Şəmsuddin Cabbarın İŞİD-dən ilham aldığını hesab edir.
"Amma o, hücumu tək həyata keçirib. Bundan başqa, "Tesla Cybertruck"ın partlamasının səbəbi də hələ bəlli deyil. Şəmsuddin Cabbarın ABŞ vətəndaşlığına sahib olmasına və Livelsbergerlə eyni yerdə xidmət etməsinə baxmayaraq, FTB hələlik bunlar arasında bir əlaqə qurmur. Ancaq partlayışı həyata keçirən Livelsberger barədə maraqlı detal ortaya çıxıb. Belə ki, Almaniyada hərbi xidmətdə olarkən rəsmi icazə ilə Koloradaya gedən bu şəxs, əslində, Ukraynanı dəstəkləyib, orada xidmət edib və sosial mediada bununla bağlı çağırışlar edib. Yəni Donald Tramp (ABŞ-nin seçilmiş prezidenti) Ukrayna mövzusunda nə qədər "Volodimir Zelenskiyə qarşı" mövqedədirsə, hücumu həyata keçirən və ölən şəxs də o qədər qatı Ukrayna dəstəkçisi olub. Bu ağıllarda belə bir sual yaradır: Bəlkə, Livelsberger Ukrayna məsələsində mesaj vermək istəyib? Xatırladaq ki, İlon Mask da Trampla eyni mövqedədir", - deyə süjetdə bildirilir.
Şəmsuddin Cabbara gəlincə, onun Trampın yaxınlaşan prezidentliyi ilə əlaqədar "başının üzərində dolanan İŞİD kölgəsi" olduğu vurğulanıb.
"Çünki bu, ABŞ-də illər sonra İŞİD tərəfindən həyata keçirilən ən təhlükəli hücumdur", - deyə müzakirələrdə əlavə edilib.
Ətraflı videoda:
Rəylər