Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ-də içərisində təhlükəli materialların olduğu yük yoxa çıxdı
ABŞ-də tərkibində germanium izotopu olan radioaktiv materialların olduğu yük naməlum şəraitdə yoxa çıxıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nüvə Tənzimləmə Komissiyasının (NRC) hesabatında bildirilir.
Tənzimləyicinin saytında dərc edilən məlumata görə, Nyu-Cersi ştatının Naja şəhərindəki xərçəng mərkəzi dekabrın əvvəlində tərkibində germanium-68 olan radioaktiv yükü konteynerdə utilizasiya üçün göndərib, lakin o təyinat yerinə çatmayıb.
"Nəqliyyat konteyneri zədələnmiş və boş halda təyinat yerinə çatıb. Lisenziya sahibi (xərçəng mərkəzi - red.) yükgöndərənə iddia qaldırıb. Əgər mənbə 30 gün ərzində aşkar edilməzsə, lisenziya sahibi əsas səbəblər və düzəldici tədbirlər də daxil olmaqla tam yazılı hesabat təqdim edəcək", - NRC sənədində qeyd olunub.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar