Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-də iki məhbus Baydenin "əfv"ini qəbul etmədi
ABŞ-də Co Bayden tərəfindən edam cəzası ömürlük həbslə dəyişdirilən iki cinayətkar ölüm hökmünün ləğvinə qarşı çıxıb. Onlar müvafiq sənədləri imzalamaqdan imtina ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məhbusların vəkilləri Baydenin onlara qarşı verdiyi əmrin ləğv edilməsini tələb edərək məhkəməyə müraciət ediblər.
"NBC News" izah edir ki, ölüm cəzasına məhkum edilmiş şəxslərin müraciətləri ədalət mühakiməsinin mümkün səhvlərindən sığortalanmaq üçün həmişə daha diqqətlə nəzərdən keçirilir.
Xatırladaq ki, dekabrın sonlarında Co Bayden federal məhkəmələrdə edam cəzasına məhkum edilmiş 40 nəfərdən 37-nin ölüm hökmünü şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbslə əvəz edib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ senatoru Rusiya və Çini "Signal" mesencerinə müdaxilə etməkdə ittiham edir
- Tramp 2037-ci ilə qədər ABŞ prezidenti olaraq qala bilər
- Mask NASA-nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq
- Qrenlandiyadan Trampa cavab: "ABŞ adanı ala bilməyəcək"
- Finlandiya prezidentindən Ukraynada atəşkəslə bağlı təklif