ABŞ-nin Feyrfild şəhərində (Kaliforniya ştatı) məktəbin buraxılış mərasimində baş verən atışma nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, insident məzun günü ilə bağlı tədbir başa çatdıqdan dərhal sonra baş verib.
Ölən və zərərçəkənlərin yaşı və cinsi hələlik açıqlanmır.
Yerli polis atəş açan şəxsin axtarışını aparır, hadisənin səbəbləri araşdırılır.