Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də Trampa səs verənlər təqib olunur?
Son bir neçə ayda 2020-ci il ABŞ-də prezident seçkisində Donald Trampa səs verən 84 seçicidən 25-i cinayət təqibi ilə üzləşib. Bu fonda onların bir çoxu siyasətçinin 2024-cü il prezidentlik seçkisində finala çıxacağı təqdirdə ona səs verməkdən imtina edir.
Məlumata görə, bu şəxslərə qarşı cinayət işləri əsasən saxtakarlıq, yalan ifadə vermə və saxta sənədlərin verilməsi ilə bağlı açılıb. Məhkəmənin müsbət nəticələnməsi üçün 25 nəfərdən 10-u Trampın iştirak etdiyi heç bir seçkidə səs verməməyə razılaşıb. Daha 13 nəfər sui-qəsdin iştirakçısı olmaqda şübhəli bilinir, lakin hələ də onlara qarşı ittiham irəli sürülməyib.
Qeyd edək ki, daha əvvəl məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib.
Mənbə: gazeta.ru
Rəylər