ABŞ-nin Aydaho ştatında Yelloustoun Milli Parkı yaxınlığında pikap tipli avtomobilin turistləri daşıyan furqonla toqquşması nəticəsində azı yeddi nəfər ölüb.
Bu barədə Oxu.Az "ABC News" internet nəşrinə istinadla xəbər verir.
Furqonda 14, avtomobildə isə bir nəfər olub. Qəza nəticəsində altı turist və pikap avtomobilinin sürücüsü həlak olub. Toqquşmadan sonra avtomobillər yanıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.