ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ali təhsil ocağının mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.
Bina tamamilə boşaldılıb, yaralananlar barədə məlumat verilmir. Hadisə yerində yanğınsöndürənlər, polis və digər xidmət orqanlarının əməkdaşları işləyir, yanğının səbəbləri araşdırılır.
Sent-Pitersburqun Yanğından Mühafizə İdarəsinin rəisi Maykl Lyuis bildirib ki, hadisə yerinə 60-dan çox bölmə və təxminən 200 yanğınsöndürən cəlb edilib.
O həmçinin qeyd edib ki, binanın damı tamamilə yanıb.