Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-də USAID-in qərargahı 11 milyon dollar qənaət etməyə imkan yaratdı
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) binasına yaxın aylarda Federal Ticarət Komissiyasının (FTK) işçiləri köçürüləcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, bu göstəriş ABŞ Hökumətinin Effektivlik Departamentindən (DOGE) gəlib.
Qeyd olunur ki, FTK-nın qərargahı USAID binasından bir neçə məhəllə aralıda yerləşir, lakin DOGE-nin hesablamalarına görə, FTK-nın hazırkı binasının icarə müqaviləsinin yenilənməsindən imtina etmək ABŞ hökumətinə 11 milyon dollardan çox qənaət etməyə imkan verəcək.
O da xatırladılır ki, 2013-cü ildə Federal Ticarət Komissiyasının köçürülməsi ABŞ hökumətinə 75 milyon dollara başa gəlib.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- "Amerikanın səsi", "Azadlıq" radiosu fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə qarışıblar
- USAID-in bütün əməkdaşları işdən çıxarılacaq
- Tramp: "USAID fırıldaqçılıqla məşğul olub"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik