Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-dən olan hərbi müxbir Donetskdə yoxa çıxdı: Sonuncu dəfə atışma zamanı görünüb - FOTO
ABŞ-dən olan könüllü və hərbi müxbir Rassell Bentli Ukraynanın Donetsk şəhərində yoxa çıxıb.
Onu sonuncu dəfə Petrovski rayonunda atışma zamanı görüblər.
Aprelin 8-də Rassell həyat yoldaşı Lyudmila ilə birlikdə Donetsk şəhərinin Petrovski rayonunun icraiyyə komitəsinə işə gəldiyi əsnada növbəti atışma başlayıb. İddiaya görə, Rassell yaralıların köməyə ehtiyacı olub-olmadığını soruşmağa gedib və o vaxtdan bəri heç kim nə onu, nə də onun ağ rəngli “Niva”sını görüb.
Donetsk polisi itkin düşən şəxs barəsində axtarış elan edib. Rassell Bentlinin axtarışı ilə, həmçinin bu yaxınlarda onun haqqında film çəkən “Russki ças” media şirkəti də məşğul olur. Şirkət, eyni zamanda, Rassell haqqında məlumat verənə görə mükafat da elan edib.
Xatırladaq ki, Rassell Bentli 2014-cü ildə Donetskə gəlib, “Vostok” batalyonunun tərkibində döyüşlərdə iştirak edib və “Texas” çağırış adı ilə məşhur olub. Daha sonra o, Rusiya vətəndaşlığını alıb, könüllülük və jurnalistika fəaliyyəti ilə məşğul olmağa başlayıb.
Mənbə: “Readovka” “Telegram”
Rəylər