Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ dövlət katibi Qətər baş nazirindən “Əl-Cəzirə” kanalına təzyiq göstərməsini istədi: “Vəziyyəti qızışdırır”
ABŞ dövlət katibi Antoni Blinken Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tanidən Qətərin “Əl-Cəzirə” telekanalına təzyiq göstərməsini istəyib.
Blinkenin fikrincə, bu KİV İsrailə qarşı həddindən artıq aqressiv ritorika yayımlayır və bununla da regionda vəziyyəti qızışdırır.
Bu barədə “Axios” kanalı məlumat yayıb.
Məlumata görə, Blinken hələ iki həftə əvvəl Əl Taniyə müraciət edib, lakin oktyabrın 25-də o, “Əl-Cəzirə” ilə bağlı narahatlığını ABŞ-dəki yəhudi icmasının liderlərinə çatdırıb.
Prezident Co Bayden Administrasiyası hesab edir ki, kanalın İsraillə bağlı ritorikası və HƏMAS-a ünvanlanmış birmənalı olmayan mesajları Yaxın Şərqdə münaqişənin böyüməsinə səbəb ola bilər.
Bildirilir ki, “Əl-Cəzirə” müstəqil olduğunu bəyan etsə də, tam şəkildə Qətər rəsmiləri tərəfindən maliyyələşdirilir. Bu səbəbdən də Antoni Blinken Qətərin bölgədəki vəziyyəti sarsıtdığına işarə edir və faktiki olaraq Əl Tanidən bunu dayandırmasını tələb edir.
Lakin Blinken kanalın təhrikedici ritorikasına dair nümunələr təqdim etməyib.
Mənbə: KP.ru
"Antoni Blinken" teqi üzrə xəbərlər
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- İlham Əliyev: "Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi"
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Ermənilərin korrupsioner dayağının sonu: Menendezə verilən layiqli cəza