ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) iclasın yekununda uçot dərəcəsini illik 3.75-4 faiz səviyyəsində saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə tənzimləyicinin rəsmi saytında dərc olunan press-relizdə bildirilib.
Fed-in bəyanatında qeyd olunub ki, iqtisadi fəallıq yüksək templə artır. Geosiyasi amillər də daxil olmaqla, qeyri-müəyyənliyin yüksək səviyyədə qalmasına baxmayaraq, daxili istehlak dayanıqlılıq nümayiş etdirir. Əmək məhsuldarlığının artımı yüksək, kapital qoyuluşlarının həcmi isə əhəmiyyətli səviyyədə qalır.
Bununla yanaşı, FED inflyasiyanın hələ də yüksək səviyyədə olduğunu vurğulayıb.