ABŞ-nin dövlət katibi Marko Rubio təsdiqləyib ki, Birləşmiş Ştatlar Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək G20 sammitində ev sahibi ölkənin rəhbərliyi ilə fikir ayrılıqlarına görə iştirak etməmək qərarına gəlib.
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rubio Senatda keçirilən dinləmələrdə deyib.
O, sammitdə iştirak etməmək qərarını CAR-ın gündəliyə çıxartdığı bəzi məsələlərlə əsaslandırıb və əlavə edib ki, onlar ABŞ administrasiyasının prioritetlərini əks etdirmir.
Rubio vurğulayıb, söhbət CAR-ın İsraili tənqid etməsindən və Afrika ölkəsinin Çinlə yaxınlaşmasından da gedir.