Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ "Gürcü arzusu"nun yaradıcısına qarşı sanksiyalar tətbiq edib
ABŞ "Gürcü arzusu"nun lideri, iş adamı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin saytında məlumat verilib.
O, Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) SDN siyahısına yerləşdirilib.
Qeyd edək ki, dekabrın 13-də Vaşinqton Gürcüstanda demokratiyanı sarsıtmaqda məsuliyyət daşıyanlara qarşı viza məhdudiyyətləri tətbiq edib. Siyahıya 20 nəfər daxil olub, onların adları çəkilməyib. Vaşinqton qeyd edib ki, Tbilisi nümayəndələrinə qarşı başqa məhdudiyyətlər də tətbiq olunacaq.
Ukrayna da, həmçinin etirazları dağıtdığına görə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə, o cümlədən, İvanişvili və ölkənin Baş naziri İrakli Kobaxidze də daxildir.
"Bidzina İvanişvili" teqi üzrə xəbərlər
- Makron İvanişviliyə zəng edib bir saat danışdı
- İvanişvili və Kobaxidze deputat mandatlarından məhrum edildilər
- Ukrayna prezidenti Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq edib
- Qərb Gürcüstana Rusiya ilə müharibəyə başlamasını təklif edib?
- Gürcüstan hakimiyyəti osetinlərlə müharibəyə görə üzr istəyəcək
Rəylər