Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ Gürcüstana yardım proqramını dayandırıb
ABŞ administrasiyası Gürcüstanda "Xarici təsirlərin şəffaflığı haqqında" qanunun qəbulu ilə əlaqədar Tbilisiyə yardım proqramını dayandırmaq qərarına gəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.
"Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Bunun nəticəsində ABŞ birbaşa Gürcüstan hökumətinin dəstəklənməsinə yönəlik 95 milyon dollardan çox yardımı dayandırır" , - Blinken bildirib.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Rusiyanın Ermənistan peyki - İrəvanın yadına düşən strateji müttəfiqlik
- Paşinyan KTMT-dən çıxmaq üçün son addımlarını atır: ABŞ dəstək verəcək?
- Blinken Ərdoğandan kömək istəyib
- ABŞ dövlət katibi Antoni Blinkenə qarşı görünməmiş etiraz: Çıxışına müdaxilə edildi
- ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladılar
Ən çox oxunanlar
Rəylər