ABŞ Hərbi-Dəniz Qüvvələri (HDQ) naziri postuna namizədliyini irəli sürən Filip Bilden namizədliyini geri götürdü.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Bu, onun şəxsi səbəblərlə bağlı olan öz qərarıdır”, - Mettis deyib və başqa namizədi gözdən keçirəcəyini əlavə edib.
Eyni zamanda Ağ Evin mətbuat katibi Şon Spayser Filip Bildenin öz namizədliyini geri götürəcəyinə dair xəbərləri təkzib edirdi.
N.О.
www.oxu.az