Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ hərbi kəşfiyyatının rəhbəri: Putin-Ərdoğan görüşü ümidvericidir
Rusiya və Türkiyə prezidentlərinin Suriya ilə bağlı görüşü bu ölkədəki münaqişənin nizamlanması baxımından ümidvericidir.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Vaşinqtonda Strateji və beynəlxalq araşdırmalar Mərkəzində çıxışı zamanı Pentaqonun Kəşfiyyat idarəsinin rəhbəri Robert Eşli deyib.
O, Suriyanın İdlib əyalətindəki durumu “qaynayan qazan” kimi dəyərləndirsə, bildirib ki, İdlibdə hərbi əməliyyatın keçirilməsi dinc sakinlərin durumunu daha da ağırlaşdırardı.
“Biz dialoq, müxtəlif qrupların sülh axtarışında tərəfdaşlığını görmək istərdik”, - deyə o vurğulayıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər