"ABŞ hökuməti Hindistandan gətirilən mallara 25% faizlik idxal rüsumları tətbiq etmək niyyətindədir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şotlandiyadan ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Hindistan yaxşı dost olub, lakin o, bizə qarşı demək olar ki, hər hansı digər ölkədən daha yüksək tariflər tətbiq edib. İndi mən hakimiyyətdəyəm və indidən belə bu, mümkün deyil"- deyə D.Tramp vurğulayıb.