ABŞ Hərbi Hava Qüvvələri B61-12 atom bombasının ilk dəfə F-16 qırıcıları vasitəsilə sınağını keçirib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, sınaq Nevada ştatındakı poliqonda keçirilib baş tutub.
Məqsəd F-16 qırıcılarının döyüş başlıqlarını daşımaq qabiliyyətini və qeyri-nüvə raket komponentlərinin funksionallığının yoxlanması olub.
В61 -12 bombasının ilk sınağı 2015-ci ildə keçirilib. 2020-ci ildə bombanın seriya istehsalına başlanması nəzərdə tutulur.
S.B.
www.oxu.az