ABŞ-ın bəzi şəhərlərində etirazların dinc keçirilməsi səbəbi ilə küçəyə çıxma qadağası ləğv edilib.
“Anadolu” agentliyi xəbər verir ki, afroamerikalı Corc Floydun öldürülməsindən sonra artıq 13 gündür ki, ABŞ-da iğtişaşlar davam edir.
Etirazların dinc keçirildiyi Nyu-York, Çikaqo və Filadelfiyada küçəyə çıxma qadağası ləğv olunub.
ABŞ Prezidenti Donald Tramp 10 gün etirazlar davam edən Vaşinqtondan milli mühafizə qüvvələrinin geri çəkilməsi ilə bağlı təlimat verib.