Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-ın bu şirkəti illər sonra ilk dəfə sifarişsiz qaldı
ABŞ-ın tanınmış təyyarə istehsalçısı olan “Boeing Co” ilk dəfə sifarişsiz qalıb.
“Reuters”in xəbərinə görə, şirkətə 1962-ci ildən sonra ilk dəfə bütün ay boyu sifariş daxil olmayıb.
Bildirilir ki, bu hadisə “737 MAX” modellərinin iki dəhşətli qəzası ilə əlaqədardır.
Əksər insanlar bu modeldən olan təyyarələrdən yenilənməsinə qədər bilet sifariş etməkdən çəkinirlər. Bu da “Boeing”də hər ay maddi itkiyə səbəb olur. Onun rəqibi “Airbus SE” aviaşirkəti isə sifarişlərini artırıb. Yanvar ayında bu şirkətə 274 yeni sifariş daxil olub.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər