ABŞ-ın Ermənistandakı səfirliyi Twitter mikrobloqunda Ceyms Uorliki Qarabağ bəyanatı haqqında tənqid edənlərə müraciət edib.
Oxu.Az-ın verdiyi xəbərə görə, məlumatda deyilir:
“Üç mümkün çıxış yolu var: danışıqlar yolu ilə tənzimləmə, yolverilməz davamlı status-kvo və ya müharibə. Dağlıq Qarabağda sülhü seçin”.
Səfirlikdə qeyd edilənə görə, Uorliki tənqid edənlər, xatırlamalıdırlar ki, danışıqlar yolu ilə istənilən tənzimləmə hər iki tərəfin kompromisi ilə həyata keçməlidir.
“Əgər tərəflər yalnız öz istəklərini üstün tutacaqlarsa, onlar çox uzun müddət gözləməli olacaqlar” – məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Karnegi Fondunda (Carnegie Endowment for International Peace) çıxışı zamanı amerikalı vasitəçi Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün 6 ünsür təqdim edib.
