Bu 6 prinsip əvvəllər də səslənib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən münaqişənin həllinə dair 6 prinsipin açıqlanmasına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, Azərbaycan tərəfi sülh sazişinin işlənib hazırlanmasına tərəfdardır:
“Mövcud status-kvo qəbuledilməzdir. Status-kvo ermənilər üçün də qəbuledilməzdir, ölkədə inkişaf getmir, demoqrafik problemlər var. Biz erməni tərəfinə çağırış edirik ki, bu məsələni həll edək”.