ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Milli futbol yığmamızın üzvləri ilə görüşüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında məlumat verilib.
Qeyd edək ki, mayın 27-də San-Fransisko şəhərindəki “Candlestick Park” stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.