İrəvanda naməlum şəxs ABŞ səfirliyinin binasına bomba qoyulduğu barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat səfirliyin saytında yerləşdirilib.
Qeyd olunur ki, zəng yerli vaxtla saat 12:54 edilib.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Lakin axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkarlanmayıb.