ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sektoral (sahəvi) sanksiyalar bu ölkə iqtisadiyyatına ilk zərbələrini vurub.
Oxu.Az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu gün səhər Rusiya fond bazarında alış-verişlər əsas indekslərin 3-3,6% aşağı düşməsi ilə başlayıb.
MMVB (Moskovskaya Mejbankovskaya Valyutnaya Birja) indeksi 2,84%, RTS indeksi 3,61% azalıb. Sanksiyaya məruz qalmış “Rosneft”in səhmlərinin dəyəri 5,6% ucuzlaşıb. Rublun kursu da aşağı düşüb. Dollar 35 qəpik, avro isə 46 qəpik bahalaşıb.
Xatırladaq ki, ABŞ hökuməti “Rosneft”, “NOVATEK”, “Qazprombank” və “Vneşekonombank” kimi Rusiya iqtisadiyyatını ayaqda tutan iri şirkətlər də daxil olmaqla, bu ölkənin maliyyə-bank və müdafiə sektorunun bir sıra önəmli qurumlarına sanksiyalar tətbiq edib. Sanksiyaların səbəbi Rusiyanın Ukraynanın şərqində separatçılara dəstəyini davam etdirməsidir.