Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev vətəndaşların qurumlarla bağlı daxil olan şikayətlərinin statistikasını açıqlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən 7, Fövqəladə Hallar Nazirliyindən 3, Dövlət Miqrasiya Xidmətindən 5, Daxili İşlər Nazirliyindən isə 4 vətəndaş şikayəti daxil olub.
Kamran Əliyev qeyd edib ki, idarə həmçinin Vergilər Nazirliyi ilə birgə əməliyyatlar keçirib.