Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-İran danışıqlarının yeri və tarixi dəqiqləşdi
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı növbəti məsləhətləşmələrin 19 aprel tarixində Romada keçirilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.
Bundan əvvəl İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi növbəti danışıq turunun 19 apreldə Omanın paytaxtı Muskatda keçiriləcəyini bildirmişdi. Niderlandın xarici işlər naziri Kaspar Veldkamp isə məsləhətləşmələrin Romada baş tutacağını açıqlayıb.
Xatırladaq ki, ilk danışıqlar 12 apreldə Omanın vasitəçiliyi ilə keçirilib. Görüşdə İranı xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə prezidentin xüsusi elçisi Stiven Uitkof təmsil edib.
"ABŞ-İran münasibətləri" teqi üzrə xəbərlər
- İsrailin mayda İrana zərbə endirmək planına ABŞ-dən gözlənilməz CAVAB
- Xamenei ABŞ ilə danışıqlar barədə: "İran nə həddindən artıq optimistdir, nə də bədbin"
- İran rəsmisi Omandakı Tehran-Vaşinqton danışıqlarında qızıl qələm oğurlayıb
- KİV: Əraqçı Uitkoffa bildirib ki, İran nüvə proqramını dayandırmayacaq
- Uitkoff ABŞ-İran danışıqları barədə: "İki əsas məqamı əhatə edəcək"