Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ İran səfirliklərini terror aktlarının təşkilində ittiham etdi
ABŞ Dövlət Departamenti iddia edir ki, İran terror aktlarının təşkili üçün səfirliklərdən istifadə edir.
Oxu.Az-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, Vaşinqton bütün ölkələri İran diplomatlarını ciddi yoxlamağa çağırıb.
Dövlət Departamentinin adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi jurnalistlərlə görüşü zamanı deyib ki, iddialarının ən son sübutu Belçikada üstü açılan sui-qəsddir.
Daha öncə Vyanada akkreditə olunmuş iranlı diplomat Fransada terror aktının hazırlanmasına dair cinayət işi çərçivəsində Almaniyada saxlanılmışdı. Avstriya diplomatın immunitetinin ləğvini, Brüssel isə onun Belçikaya verilməsini tələb etmişdi.
Öz növbəsində İran ittihamları rədd edir. Rəsmi Tehran Almaniyada saxlanılan iranlı diplomatla əlaqədar Belçika səfirinə qəti etirazını bildirib.
"Almaniya" teqi üzrə xəbərlər
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
Rəylər