Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib
ABŞ Maliyyə nazirliyi beş İran vətəndaşının adlarını Tehrana qarşı sanskiyalar siyahısına əlavə edib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub .
Yeni fiqurantlar İranın İnqilab keşikçiləri korpusu və onun bölmələri ilə əlaqələrinə görə barələrində məhdudlaşdırıcı ölçülərin tətbiq olunduğu siyahıya düşüb.
“Bu şəxslərin əməlləri Yəmənin husi üsyançılarının Səudiyyə Ərəbstanının şəhərlərinə və neft infrastrukturuna raketlərlə hücum etməsinə şərait yaradıb.
Həmçinin onların fəaliyyəti nəticəsində Yəmənə humanitar yardımın çatdırılması ilə bağlı səylər alt-üst olub, onlar region üçün son dərəcə əhəmiyyətli olan su yollarında azad naviqasiyaya təhlükə yaradıb”, - deyə məlumatda qeyd olunur.
F.M.
www.oxu.az
"İran" teqi üzrə xəbərlər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- İran prezidenti özünə köməkçi təyin etdi
Rəylər