ABŞ administrasiyası İrandakı partlayışlarda iştirak etmədiyini bəyan edir və həmçinin İsrailin bu partlayışlara görə məsuliyyət daşıması üçün heç bir səbəb görmür.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller İranın Kirman şəhərindəki qəbiristanlıq yaxınlığında baş verən partlayışları şərh edərkən bildirib.
“Bu partlayışlara nəyin səbəb ola biləcəyini söyləmək hələ tezdir, lakin mən gördüyüm bəzi məsuliyyətsiz bəyanatlara toxunmaq və demək istəyirəm ki, ilk növbədə ABŞ bu işdə iştirak etmir. Və hər hansı iddialar, sadəcə gülüncdür. İkincisi, bizim İsrailin partlayışlarda əli olduğunu düşünməyə də əsasımız yoxdur”, - diplomat qeyd edib.
Mənbə: TASS
Rəylər