ABŞ İranın daha 16 müəssisəsinə sanksiya tətbiq edib.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.
Qeyd olunur ki, sanksiyaya düşən müəssisələrin əksəriyyəti polad istehsalı ilə məşğuldur.
Sanksiya siyahısında İran müəssisələri ilə yanaşı, Almaniya, Böyük Britaniya və Çindən də bir şirkət yer alıb.