Amerikalı hərbçilər orbitdə İranın yeni peykini təsbit ediblər.
“RİA Novosti” xəbər verir ki, aprelin 22-i İran hərbçiləri “Kased” (Çapar) daşıyıcı raketi ilə Yerin orbitinə “Nur” adlı ilk peykini çıxartıqlarını bəyan ediblər.
Daha sonra ABŞ tərəfi peykin göyə qaldırılması prosesini müşahidə etdiklərini bildirib.
Aprelin 23-i isə ABŞ kosmik qüvvələri planetimizin orbitində İran peykini və "Kased" raketinin hissələrini müşahidə edib.