Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ İranın pul aktivləri üzərində qoyduğu qadağanı götürdü
ABŞ İranla məhbus mübadiləsi sazişi çərçivəsində Tehranın 6 milyard dollarlıq aktivlərini blokdan çıxarıb.
Bunu İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin deyib.
“Uğurlu diplomatiya sayəsində İranın Cənubi Koreyada olan bütün aktivləri artıq blokdan çıxarılıb” – deyə İran Mərkəzi Bankının sədri vurğulayıb.
Məhəmməd Rza Fərzin əlavə edib ki, tezliklə vəsaiti avroya çevirib Qətərdəki altı İran bankının hesablarına yerləşdiriləcəklər. Gələcəkdə isə vəsait sanksiya qoyulmayan malların alınması üçün istifadə olunacaq.
Mənbə: TASS
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreya prezidentinin tərəfdarları və əleyhdarları Seulda etiraz aksiyası keçirdilər
- Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
- Cənubi Koreyada ordunun baş qərargah rəisi həbs edildi
- Cənubi Koreyanın hakim partiyasının sədri istefa verdi
- Cənubi Koreyada siyasi böhran: Beynəlxalq ictimaiyyət müharibə ehtimalını yüksək görür
Ən çox oxunanlar
Rəylər