ABŞ-nin Maliyyə Nazirliyi İran hakimiyyəti ilə əməkdaşlıq edən şəxs və təşkilatların müəyyən edilməsinə kömək edəcək hər cür dəyərli məlumata görə mükafat təyin olunduğunu elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu təşəbbüs İran rəhbərliyini və onun havadarlarını dəstəkləyən maliyyə kanallarını tamamilə bağlamaq məqsədi daşıyan "İqtisadi kənarlaşdırma" adlı genişmiqyaslı kampaniyanın bir hissəsidir.
Nazir ödənişlərin dəqiq məbləğini açıqlamasa da, praktiki əhəmiyyət kəsb edən məlumat təqdim edən hər bir şəxsin maliyyə mükafatına iddia edə biləcəyini vurğulayıb.
Təklif hazırkı iş yerindən və ya vətəndaşlığından asılı olmayaraq, istənilən ölkənin sakinlərinə ünvanlanıb.