Rusiyanın əfsanəvi AK-47 avtomatları Amerikanın Florida ştatında yığılacaq.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, “Kalaşnikov ABŞ” şirkətinin fəaliyyətə başlamasına Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə, “Kalaşnikov” konserni ilə əlaqələrin kəsilməsi səbəb olub.
“Təzadlı tarixə malik olan, bütün dünyada rəğbət qazanan məşhur odlu silah, amerikan avtomatı “Kalaşnikov” kimi yenidən yaranır”, - şirkətin bəyanatında deyilir.
Məlumdur ki, zavod Mayami yaxınlığında Pompano Biç şəhərciyində yerləşəcək. İstehsalata 2016-cı ilin sonunda başlamaq planlaşdırılır.