Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edir
ABŞ Kanada və Meksikadan idxal olan mallara 25%, Çindən gətiriləcək mallara isə 10% ticarət rüsumu tətbiq edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Kerolin Levitt bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu barədə fevralın 1-də fərman imzalamalıdır.
Qeyd edək ki, Donald Tramp yanvarın 31-də jurnalistlərlə söhbətində Kanadadan gələn neft üçün ilkin planlaşdırılan 25% əvəzinə 10% rüsum şəklində istisna edilə biləcəyini bildirib.
ABŞ prezidenti, həmçinin fevralın 18-də qüvvəyə minə biləcək neft və metallar da daxil olmaqla geniş çeşiddə idxal mallarına rüsumlar tətbiq olunacağını elan edib.
Rəylər