Yanvarın 6-da olan hücumdan sonra ABŞ Konqresinin binasının təmirinə 30 milyon dollardan çox vəsait sərf olunacaq.
Bu barədə “CBS News” Kapitolinin memarı Brett Blentona istinadən məlumat verib.
“Heykəllər, freskalar, tarixi skamyalar və s. – hər şey zərər görüb”, - deyə memar bildirib.
B.Blenton həmçinin təmir üçün tələb olunan vəsaitin arta biləcəyini də qeyd edib.