Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ Lukaşenko və həyat yoldaşına qarşı sanksiyalar tətbiq etdi
ABŞ Rusiya Federasiyası və Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.
Xüsusilə, Rusiya müdafiə nazirinin müavinləri Dmitri Bulqakov, Yunus-Bek Yevkurov, Timur İvanov, Aleksey Krivoruçko, Nikolay Pankov, Yuri Sadovenko, Ruslan Tsalikov və Gennadi Jidkoya qarşı məhdudiyyətlər tətbiq edilib.
Bundan başqa, siyahıda “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev və Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev də var.
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, dövlət administrasiyası Belarus prezidenti Aleksandr Lukaşenko və onun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib və onları yenidən "qara siyahı"ya salıb.
Mənbə: TASS
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanın dövlət borcu AÇIQLANDI
- COP29 çərçivəsində mühüm razılaşmalar imzalanıb
- Müdafiə Nazirliyinin 9 milyon manat mənimsəyən sabiq vəzifəli şəxsinə 10,5 il həbs cəzası verilib
- Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
Rəylər